Jump to content
Forumu Destekleyenlere Katılın ×
Paticik Forumları
2000 lerden beri faal olan, çok şukela bir paylaşım platformuyuz. Hoşgeldiniz.

Benzer Site Arama Sitesi


HakkiYendi

Öne çıkan mesajlar

  • Genel Yönetici
Paticik.com dedim, içinde sadece aşağıdakinin yazdığı bir site gösterdi:

Salam, fikirşünaslar. Dünən həyatımın növbəti əsas qərarlarından birini verdim. Forum açılmayacaq! Elmar serverini bərpa etdikdən sonra bəlkə imkan oldu bütün yazıların arxiv kimi qalmasına, amma "fikrini.de" fəaliyyətini bir daha bərpa etməyəcək! Domeyn satılmır və heç kimə də kirayə verilmir, mənim şəxsi mülkiyyətim olaraq qalacaq.

Bəsdir daha onun-bunun nazını çəkdiyimiz, bəsdir daha boş yerə əsəblərimizi sərf etdiyimiz. Mənə deyən lazım idi ki, öz anasına, onun dilinə hörmət etməyən yoldan keçənlərə bu qədər zaman, əsəb, pul niyə sərf edirsən ki. Odur ki, bu fasilə-serverdəki problem, sən demə, xeyrə imiş. Həm də ötən həftə təsadüfən öyrəndim ki, daşım heç təsəvvür belə etmədiyim adamların da başına düşüb. Biri vaxtımı alır, digəri əsəblərimlə oynayır, başqa birisi pulumu götürüb aradan çıxır, digəri gəmidə oturub gəmiçi ilə dalaşmaqdan zövq alır və s. s. s. Bütün bu 5 illik fəaliyyəti boyu forumun mənə vurduğu maddi və mənəvi ziyan Vətən həsrəti ilə çırpındığım və divarlarına qısılaraq təsəlli tapdığım anlardan milyon dəfə çoxdur. Odur ki, əlvida, fikrini.de və fikrini deyənlər!

Forum ailə həyatımda narazılıq mənbəyi olan yeganə obyekt idi. Ailəm mənim üçün hamıdan və hər kəsdən üstündür. Foruma sərf etdiyim enerji və vaxtımı ailəmə, işimə həsr edəcəyəm. Ən əsası, artıq Bakı səfərlərimdə görüşmək məcburiyyətim olmayacaq heç kimlə. Bir neçə gün sonra burdan və eləcə də bütün messencerlərdən forum vasitəsi ilə tanıdığım və əlaqələrimin davam etməsini arzulamadığım bütün yoldaşları da siləcəyəm. Hamınıza uğurlar!

Şəms
Link to comment
Sosyal ağlarda paylaş

×
×
  • Yeni Oluştur...