burtonesk Mesaj tarihi: Kasım 1, 2008 Mesaj tarihi: Kasım 1, 2008 okumaya bayılıyorum, çok sempatik geliyor. said: Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özunə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər. Atışmalar və gözlənilməz vəziyyətlərlə dolu Antonun Levelini təqib etməsi başlayır. Qoca Şerif — Ed Tom Bel onların izi ilə gedir, və hadisələr cərəyan etdikcə o başa düşür ki, köhnə vaxtlar keçib və artıq işdən dincəlmək zamanı gəlib çatıb.
Öne çıkan mesajlar